...

Mingəçevirdə zəncirvari qəza: 1 nəfər yaralanıb

Hadisə Materials 14 Noyabr 2013 13:40 (UTC +04:00)
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsinin İstintaq bölməsi araşdırma aparır.
Mingəçevirdə zəncirvari qəza: 1 nəfər yaralanıb

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Mingəçevir şəhərində 1 nəfərin yaralanması ilə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Qəza bu gün saat 9:00 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Trend EL TV-yə istiandən xəbər verir ki, Rza Məhəmməd oğlu Rzayevin idarə etdiyi "Ford" markalı avtomaşın arxa tərəfdən Vaqif Məcnun oğlu Mirzəyevin idarə etdiyi "VAZ 2106"-ya çırpılıb. Sonra Vüqar Cahangir oğlu Poladovun idarə etdiyi "Mercedes" "Ford"a dəyib.

Nəticədə "VAZ 2106"-nın sürücüsü Vaqif Mirzəyev xəsarət alıb. O, Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, hadisəyə "VAZ 2106"-nın dönmə
əməliyyatını səhv yerinə yetirməsi səbəb olub.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsinin İstintaq bölməsi araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti