...

Cəzaçəkmə müəssisəsində mobil telefon aşkar edilərək götürülüb

Hadisə Materials 15 Noyabr 2013 09:35 (UTC +04:00)
Fakt üzrə araşdırma aparılır.
Cəzaçəkmə müəssisəsində mobil telefon aşkar edilərək götürülüb

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Penitensiar xidmətin və 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyalar aşkar olunub.

Trend Penitensiar xidmətin saytına istinadən məlumat verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1979-cu il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2; 234.4.3; maddələri ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Camal Əli oğlu Məmmədovun üzərinə baxış keçirilərkən belinə bağladığı belliyinin içindən 1 ədəd "Nokia-X2" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti