...

FHN xilasediciləri kanala düşmüş sürücünü axtararkən başqa bir cəsəd çıxarıblar

Hadisə Materials 16 Noyabr 2013 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Xaçmaz rayonu ərazisində avtomobil kanala düşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1971-ci il təvəllüdlü Abazərov Əhməd Qadir oğluna məxsus "QAZ-24" markalı minik avtomobili Xan arxı kanalının Xaçmaz rayon, Ağaşirinoba kəndi ərazisindən keçən hissəsinə düşmüş və dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri sürücünün axtarışları üçün hadisə yerinə cəlb edilib.

Ə.Abazərovun axtarışları zamanı bir cəsəd aşkar edilib və onun 1969-cu il təvəllüdlü İbrahimov Zaur Asəf oğlu olduğu müəyyənləşdirilib.

Qeyd olunan şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

FHN xilasediciləri tərəfindən axtarışları aparılan Ə.Abazərovun cəsədi batdığı yerdən 17 km məsafədə tapılaraq çıxarılıb, aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti