...

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Hadisə Materials 22 Noyabr 2013 11:53 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, nəticədə “VAZ 2106”-da olan sərnişin 50 yaşlı Daşkəsən sakini Heydər Heydərov, eləcə də “VAZ 2107”-nin sürücüsü Yəhya Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Şəmkir MRX-yə çatdırılıb.
Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Bu gün səhər saatlarında Şəmkir rayonu ərazisində Daşkəsən sakini Füzuli Mustafayevin idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Şəmkir sakini Yəhya Əliyevin idarə etdiyi "VAZ 2107" markalı avtomobil toqquşub.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, nəticədə "VAZ 2106"-da olan sərnişin 50 yaşlı Daşkəsən sakini Heydər Heydərov, eləcə də "VAZ 2107"-nin sürücüsü Yəhya Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Şəmkir MRX-yə çatdırılıb.

Y.Əliyevin səhhəti nisbətən yaxşı olduğundan ambulator yardımdan sonra evə buraxılıb. Digər yaralı H.Heydərovun vəziyyəti isə qənaətbəxş olmadığından, yaxınlarının təkidi ilə başqa xəstəxanaya çatdırılıb.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti