...

Bakı-Qazax avtomagistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 27 Noyabr 2013 03:29 (UTC +04:00)
KAMAZ-ın təkərinin partlaması Bakı-Qazax avtomagistralında dəhşətli qəzaya səbəb olub.
Bakı-Qazax avtomagistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

KAMAZ-ın təkərinin partlaması Bakı-Qazax avtomagistralında dəhşətli qəzaya səbəb olub.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, hadisə axşam saatlarında Ağstafa rayonu ərazisində baş verib.

Qazaxdan paytaxta sərnişin daşıyan "Mercedes sprinter" markalı avtomobil qarşıdan gələn KAMAZ-la toqquşub.

Qəza yük avtomobilinin qabaq təkərinin partlaması və sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Zərbənin gücündən içində sərnişin olan mikravtobus magistral yolun kənarındakı arxa düşüb.

Nəticədə "Mercedes sprinter"in sürücüsü Qazax rayon Xanlıqlar kənd sakini 41 yaşlı Mətləb Musatafayev və yol kənarında dayanan Ağstafa rayon Aşağı Göycəli kənd sakini Niyaməddin Tağıyev yerindəcə dünyalarını dəyişiblər.

Mikroavtobusda olan digər 7 sərnişin isə müxtəlif bədən xəsarətləri ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan bildirilib ki, zərərçəkənlərdən İlqar Tağıyev, Orxan Əhmədov, Ceyhun Həşimov ilk yardım aldıqdan sonra evə buraxılıblar.

Digər yaralılar - 1-i qadın olmaqla 4 nəfər isə həkim nəzarətindədirlər.

Faktla ələqədar BDYP-nin İstinaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti