...

Türkiyədə sərhədi keçən 26 suriyalı saxlanılıb

Hadisə Materials 1 Dekabr 2013 13:51 (UTC +04:00)
Türkiyənin Ədirnə şəhərinin Keşan rayonunda aralarında qadın və uşaqların da olduğu 26 qaçaqçı saxlanılıb.
Türkiyədə sərhədi keçən 26 suriyalı saxlanılıb

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Türkiyənin Ədirnə şəhərinin Keşan rayonunda aralarında qadın və uşaqların da olduğu 26 qaçaqçı saxlanılıb.

Trend Türkiyənin "Zaman" qəzetinə istinadən məlumat verir ki, qeyri-qanuni yolla ölkədən çıxaraq mikroavtobusla Türkiyəyə keçən Suriya vətəndaşları yolda patrul xidməti aparan polis tərəfindən yoxlanılıb.

Pasportları olmayan Suriya vətəndaşları ölkədən çıxarılmaq üçün Ədirnə Polis İdarəsinin Əcnəbi vətəndaşlarla iş şöbəsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti