...

Bu gecə bir neçə yanğın hadisəsi baş verib

Hadisə Materials 23 Dekabr 2013 05:58 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Zaqatala rayonu, Sumaylı kəndində (rayon mərkəzdən 8 km aralı ) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bu gecə bir neçə yanğın hadisəsi baş verib

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

Bu gecə Azərbaycanda bir neçə yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Zaqatala rayonu, Sumaylı kəndində (rayon mərkəzdən 8 km aralı ) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xaçmaz şəhərində ümumi sahəsi 16 kv.m olan tikilinin tavanı 8 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Abşeron rayonu, Mehdiabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə və dam örtüyü 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tərtər rayonu, Bəyimsarov kəndində (rayon mərkəzindən 17 km aralı) "Azərenerji" ASC-yə məxsus transformatorun yağı və sarğıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 02:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Cəlilabad rayonu, Sabirabad kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 135 kv.m olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin 1 otağının tavanı 20 kv.m sahədə yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti