...

Türkiyədə ilk yeraltı təkandan sonra daha 7 zəlzələ qeydə alınıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 28 Dekabr 2013 23:57 (UTC +04:00)
Türkiyənin Antalya vilayətində 6 bal gücündə zəlzələ baş verib.
Türkiyədə ilk yeraltı təkandan sonra daha 7 zəlzələ qeydə alınıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 19:51-də yayılıb)

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Türkiyənin Antalya vilayətində 6 bal gücündə zəlzələ baş verib.

Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, yerli vaxtla saat 17:21-də qeydə alınan zəlzələ vilayətin bir sıra rayonlarında hiss olunub. İlk yeraltı təkandan sonra 2,5-3 bal gücündə daha 7 zəlzələ qeydə alınıb. Sakinlər təşviş içində küçələrə axışıblar.

Boğaziçi Universiteti yanında Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu episentri Aralıq dənizinin şərq hövzəsində (Antalya körfəzi) olan yeraltı təkanların yerin 11 kilometr dərinliyində qeydə alındığını bildirib.

Antalya valiliyinin açıqlamasında zəlzələ nəticəsində ölüm, xəsarət faktı və dağıntının qeydə alınmadığı deyilir.

Zəlzələ nəticəsində Antalya şəhərində internet xidmətlərində bir müddət fasilə yaranıb.

Antalyadakı yeraltı təkanlar qonşu Mersin, Adana, Hatay, Konya və Qaraman vilayətlərində də hiss edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti