...

Lənkəranda avtomobil, Qazaxda mağaza yandı

Hadisə Materials 2 Yanvar 2014 01:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 yanvar /Trend/

Bu gecə bir neçə yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Lənkəran şəhəri, Bürcəli kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Qazax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan ərzaq mağazasında ərzaq malları 4 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti