Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İ.İzzət/
Bu gün səhər saatlarında Bakının Suraxanı rayonunda baş verən ağır yol qəzasında Səhiyyə Nazirliyinin əməkdaşı ölüb.
Suraxanı rayon Polis İdarəsindən Trend-ə bildirilib ki, "Hyundai" markalı avtomobil Hövsan kanalına düşüb. Nəticədə avtomobildə olan sərnişin dünyasını dəyişib, sürücü isə xilas ola bilib. Sürücü İTV telekanalının əməkdaşı Rafiq Məmmədovdur.
Hadisə nəticəsində sürücünün bacısı - 32 yaşlı Pərvanə Məmmədova boğulub.
Qeyd edək ki, P.Məmmədova Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşıdır.