...

Şəmkirdə zibillikdə silah-sursat tapılıb

Hadisə Materials 16 Yanvar 2014 12:57 (UTC +04:00)
Şəmkir rayon Dəllər qəsəbəsinin ərazisindən silah-sursat tapılıb.
Şəmkirdə zibillikdə silah-sursat tapılıb

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İ.İzzət/

Şəmkir rayon Dəllər qəsəbəsinin ərazisindən silah-sursat tapılıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 15-də Şəmkir rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Dəllər qəsəbəsinin ərazisində 1 ədəd "AKM" markalı silah, 2 ədəd alışqansız "F-1" qumbarası və 27 ədəd patron tapılıb.

Göstərilən silah və sursat qəsəbədə yerləşən məişət tullantıları sahəsindən tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti