Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir T.Cəfərov/
Bu gün səhər İranın Fars əyalətinin Gəraş şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,1 və 4,3 bal gücündə iki zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı "iribnews" məlumat verir.
Birinci zəlzələ yerli vaxtla saat 6.56-də və ikinci saat 7.02-də baş verib.
Həmçinin bu gün səhər İranın Kirmanşah şəhərində də Rixter cədvəli üzrə 3,1 bal gücündə zəlzələ baş verib.
Zəlzələ yerli vaxtla saat 5.57-də baş verib. Tələfat və dağıntı barədə məlumat yoxdur.