...

Bakıda uçqun zamanı ölənlərin şəxsiyyəti müəyyənləşib (FOTO)

Hadisə Materials 25 Yanvar 2014 20:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Bakıda uçqun zamanı ölənlərin şəxsiyyəti müəyyənləşib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nərimanov rayonunda hal-hazırda yaşayış olmayan, sökülməkdə olan beşmərtəbəli bina uçub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bina uçaraq yaxınlıqda olan avtomobilin üzərinə tökülüb.

Nəticədə 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğlu vəfat ediblər.

Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb və binaya yenidən baxış keçiriblər.

Müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti