...

Bu gecə bir neçə yanğın hadisəsi qeydə alınıb

Hadisə Materials 26 Yanvar 2014 10:16 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda 16 mərtəbəli yaşayış binasının zirzəmisində quraşdırılmış 81 ədəd elektrik sayğacı yanıb.
Bu gecə bir neçə yanğın hadisəsi qeydə alınıb

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Bu gecə bir neçə yanğın hadisəsi qeydə alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda 16 mərtəbəli yaşayış binasının zirzəmisində quraşdırılmış 81 ədəd elektrik sayğacı yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın saat 00:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərriki və şiti yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin Beyləqan şəhərində vətəndaşa məxsus həyətyanı sahədə tikilimiş ümumi sahəsi 10 kv.m olan hamamın yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 07:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti