...

Şəmkirdə çayxanada başqa "xana" aşkar edilib

Hadisə Materials 27 Yanvar 2014 12:57 (UTC +04:00)
Şəmkir rayon sakini icarədə işlətdiyi çayxanada əxlaqsızlıq yuvası saxladığına görə saxlanılıb.
Şəmkirdə çayxanada başqa "xana" aşkar edilib

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İ.İzzət/

Şəmkir rayon sakini icarədə işlətdiyi çayxanada əxlaqsızlıq yuvası saxladığına görə saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Seyfəli kənd sakini Qəhrəman Qəhramanov saxlanılıb.

Onun Şəmkir şəhərininin 20 Yanvar küçəsində yerləşən ticarət mərkəzində icarədə işlətdiyi çayxanada əxlaqsızlıq yuvası saxladığı müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti