...

Azərbaycanda 5 nəfər zəhərlənib, onlardan biri ölüb

Hadisə Materials 1 Fevral 2014 12:19 (UTC +04:00)
Yanvarın 30-da Bakı şəhər sakini Dadaş Dadaşov dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və yanvarın 31-də ölüb. Bu Barədə Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Azərbaycanda 5 nəfər zəhərlənib, onlardan biri ölüb

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Yanvarın 30-da Bakı şəhər sakini Dadaş Dadaşov dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və yanvarın 31-də ölüb. Bu Barədə Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Məlumata görə, yanvarın 31-də isə 4 nəfər zəhərlənmə ilə xəstəxanalara gətirilib.

Belə ki, Sumqayıt şəhər sakinləri Nazim Tahirov dəm qazından, azyaşlı Sübhan Bağbanlı kimyəvi məhluldan, Xırdalan şəhər sakini Təranə Muradova dəm qazından, Ağcabədi rayon sakini Hicran Rəhimova isə sirkə turşusundan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti