...

Azərbaycanda işçinin şirkətin 17 min manat vəsitini mənimsəməsinə görə cinayət işi açılıb

Hadisə Materials 4 Fevral 2014 14:33 (UTC +04:00)
Müəssisəyə külli miqdarda ziyan vurmuş şəxs barəsində cinayət işi başlanıb.
Azərbaycanda işçinin şirkətin 17 min manat vəsitini mənimsəməsinə görə cinayət işi açılıb

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İ.İzzət/

Müəssisəyə külli miqdarda ziyan vurmuş şəxs barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "UNİMAC Az" MMC-nin əməkdaşının qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumat araşdırılıb.

Araşdırma zamanı şirkətin satış təmsilçisi Anar Xəlilzadənin tikinti materiallarının satışından qəbul etdiyi 17 min manat vəsaiti müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəməsində və bununla da cəmiyyətə külli miqdarda ziyan vurmasında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti