Azərbaycan, Bakı, 14 fevral /Trend/
Türkiyənin Hatay vilayətində Rixter cədvəli üzrə 4,4 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti yazıb.
Seysmoloqların bildirdiyinə görə, zəlzələ bu gecə 02:30-da, yerin 11 km dərinliyində qeydə alınıb.
Yeraltı təkanların episentri Hatay vilayətinin İskəndərun şəhərində yerləşib.
Tələfat və dağıntılar yoxdur.