...

Bakıda piyada avtobusun qurbanı oldu

Hadisə Materials 14 Fevral 2014 10:32 (UTC +04:00)
Bakıda avtobusla vurulan piyada ölüb.
Bakıda piyada avtobusun qurbanı oldu

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İzzət/

Bakıda avtobusla vurulan piyada ölüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 13-də Göyçay rayon sakini Fərid Qarayev idarə etdiyi "Daewoo" markalı avtobusla Səbail rayonu Nemanzadə küçəsində Bakı şəhər sakini Oleq Viktoroviç Stalyarovu vurub.

Zərərçəkmiş xəsarətlə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərinə səyinə baxmayaraq, onun həyatını qurtarmaq mümkün olmayıb və O.Stalyarov fevralın 14-də orada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti