...

DİN Bakıda baş verən, 7 nəfərin yaralandığı yol qəzası ilə bağlı məlumat yaydı

Hadisə Materials 18 Fevral 2014 13:23 (UTC +04:00)
Suraxanı rayonu ərazisində "Hyundai" və "Mercedes" markalı avtomobillər toqquşub.
DİN Bakıda baş verən, 7 nəfərin yaralandığı yol qəzası ilə bağlı məlumat yaydı

Azərbaycan, bakı, 18 fevral /Trend/

Suraxanı rayonu ərazisində "Hyundai" və "Mercedes" markalı avtomobillər toqquşub.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 17-də saat 19 radələrində Suraxanı rayonu Bülbülə qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Zaur Mahmudovun idarə etdiyi "Hyundai" markalı və Əminə Abdullayevanın idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Ə.Abdullayevaya və sərnişini, anası Ulduza, habelə Z.Mahmudovun sərnişinləri, həmyerliləri Fərid Ağalarova, Zakir Feyzullayevə, Sıldız Hüseynova və Bəxtiyar Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti