...

İstanbul polisi oğurlanan 50 ton qızılın axtarışına səfərbər olub

Hadisə Materials 20 Fevral 2014 09:53 (UTC +04:00)
İstanbul oğurlanan 50 ton qızılın axtarışına səfərbər olub
İstanbul polisi oğurlanan 50 ton qızılın axtarışına səfərbər olub

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir R.Hafizoğlu/

İstanbul polisi Bizans dövrünə aid tarixi binaların xarabalıqlarından qızıl oğurlayan 4 nəfər xəzinə oğrusunu saxlayıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verib.

Qəzetin məlumatına əsasən, İstanbul polisinə şəhərdəki atelyelərin birinin zirzəmisində qeyri qanuni qazıntı aparıldığı və ümümilkdə 50 ton ağırlığında qızıl çıxarıldığı haqqında məlumat daxil olduqdan sonra polis keçirdiyi əməliyyat nəticəsində xəzinə oğrularını yaxalayıb.

Hal-hazırda İstanbul polisi oğurlanan qızılların yerinin araşdırılması istiqamətində axtarışlar aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti