...

AMEA-nın Fizika İnstitutunda yanğın baş verib

Hadisə Materials 25 Fevral 2014 11:06 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akadmeiyasının Fizika İnstitutunda yanğın baş verib.
AMEA-nın Fizika İnstitutunda yanğın baş verib

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan Milli Elmlər Akadmeiyasının Fizika İnstitutunda yanğın baş verib.

Trend xəbər verir ki, bu gün saat 10:30 radələrində AMEA-nın Fizika İnstitutunda yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları cəlb edilib.

Yanğınsöndürənlərin Trend-in hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, elektrik şitində kiçik yanğın baş verib. Lakin onlar hadisə yerinə gələnədək yanğın institutun əməkdaşları tərəfindən söndürülüb.

Fizika İnstitutundan isə Trend-ə bildiriblər ki, hadisə elektrik şitində qısa qapanma səbəbindən baş verib. Yanğın zamanı xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti