Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İ.İzzət/
Lənkəran şəhər sakini sirkə turşusundan zəhərlənmədən ölüb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, fevral ayının 28-də Lənkəran şəhər sakini Nüşabə Həsənova sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, martın 2-də orada ölüb.
Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.