...

Şəmkirdə avtomobil oğrusu saxlanılıb

Hadisə Materials 5 Mart 2014 18:48 (UTC +04:00)
Şəmkir sakininin avtomobili qaçırılıb.
Şəmkirdə avtomobil oğrusu saxlanılıb

Azərbaycan, Bakı, 5 mart /Trend/

Şəmkir sakininin avtomobili qaçırılıb.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Şəmkir polisi avtomobil oğurluğu ilə məşğul olan rayon sakini 47 yaşlı Bəxtiyar Əliyevi saxlayıb. B.Əliyev bir neçə gün əvvəl Şəmkir sakini Vəli Paşayevə məxsus "VAZ 2107" markalı avtomobili qaçırmaqda şübhəli bilinir.

04.03.2014-cü il tarixdə Şəmkir rayon mərkəzi bazarının qarşısından rayon sakini V.Paşayevə məxsus "VAZ 2107" markalı "57 BH 420" dövlət nömrə nişanlı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Dərhal keçirilən əməliyyat tədbirləri nəticəsində avtomobilin Çinarlı qəsəbəsində yaşayan 1967-ci il təvəllüdlü B.Əliyev tərəfindən qaçırılması müəyyən edilib və həmin şəxs avtomobillə birlikdə saxlanılıb.

B.Əliyev polisə verdiyi ifadəsində hadisəni sərxoş halda törətdiyini deyib. O bildirib ki, yaşadığı ünvana getmək üçün pulu olmadığından bu yola əl atıb.

Avtomobil oğrusunun nə qədər səmimi olub-olmamasına Şəmkir polisi hüquqi qiymət verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti