...

Bakıda avtomobil yoluna kerosin dağılıb

Hadisə Materials 9 Mart 2014 15:52 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda avtomobil yoluna yanacaq məhsulunun axması baradə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
Bakıda avtomobil yoluna kerosin dağılıb

Azərbaycan, Bakı, 9 mart /Trend/

Bakıda avtomobil yoluna yanacaq məhsulu dağılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda avtomobil yoluna yanacaq məhsulunun axması baradə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanğınsöndürənlər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, yaxınlıqdan keçən boru xəttinin zədələnməsi nəticəsində ətrafa və avtomobil yoluna kerosin dağılıb. Yanğınsöndürənlər yola dağılmış kerosini yuyublar.

Borunun zədələnmiş hissəsinin mütəxəssislər tərəfindən bağlanılması istiqamətində işlər aparılır. Hazırda yanğınsöndürənlər hadisə yerində növbə çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti