...

Beynəlxalq Qadınlar Günü Bakıda qadının pullarını və sənədlərini oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 13 Mart 2014 13:50 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 8-də Şərifzadə küçəsi 1-də yerləşən ATU-nin 5 saylı yataqxanasında Zeynəb Vəlibəyovanın otağından içərisində 600 manat, 7 ədəd bankomat kartı, şəxsi sənədlər olan əl çantası oğurlanıb.
Beynəlxalq Qadınlar Günü Bakıda qadının pullarını və sənədlərini oğurlayan şəxs saxlanılıb

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir İ.İzzət/

8 Mart - Beynəlxalq Qadınlar Günü Bakıda qadının pullarını və sənədlərini oğurlayan şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 8-də Şərifzadə küçəsi 1-də yerləşən ATU-nin 5 saylı yataqxanasında Zeynəb Vəlibəyovanın otağından içərisində 600 manat, 7 ədəd bankomat kartı, şəxsi sənədlər olan əl çantası oğurlanıb.

Yasamal rayon Polis İdarəsi 28-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Mustafa Aloyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti