Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir İ.İzzət/
Bakıda avtomobil oğurlamış iki keçmiş məhkum Ağdaşda yaxalanıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 15-nə keçən gecə H.Əliyev küçəsində yaşayan İsrail Cəlaləddinova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb.
Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, avtomobili qaçıran - əvvəllər məhkum olunmuşlar, Ağdaş rayon sakini Rəvan Hüseynov və Mingəçevir şəhər sakini Ceyhun Nəsirov avtomobillə birlikdə Ağdaş rayonu ərazisində tutulublar.