...

Göygöl rayonunda ötmə əməliyyatı yerinə yetirən sürücü zəncirvari qəzaya səbəb olub (FOTO)

Hadisə Materials 18 Mart 2014 23:46 (UTC +04:00)
Göygöl rayonunda 4 avtomobilin toqquşması ilə nəticələnən yol qəza hadisəsi baş verib.
Göygöl rayonunda ötmə əməliyyatı yerinə yetirən sürücü zəncirvari qəzaya səbəb olub (FOTO)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Göygöl rayonunda 4 avtomobilin toqquşması ilə nəticələnən yol qəza hadisəsi baş verib.

Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

31 yaşlı Natiq Həsənov idarə etdiyi avtomobillə Daşkəsəndən-Gəncə istiqmətinə hərəkətdə olarkən qarşısı ilə eyni istiqmatə yol alan VAZ 21011 markalı avtomobili ötüb keçmək istəyib.

Bu zaman idarə etməni itirən sürücü avtomobili yolun kənarında dayanan VAZ 2107 və Mersedes markalı avtomobilə vurub. Nəticədə hər üç avtomobilə ciddi ziyan dəyib.

Bundan başqa ötmə əməliyyatı yerinə yetirən sürücü Natiq Həsənov ağır dərəcəli xəsarətlərlə Gəncə şəhər Təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Xəstəyə ilkin tibbi yardım göstərilib və rentgen müayinədən keçirilib. Hazırda reanimasiya şöbəsindədir. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.

Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti