...

Dəniz Vağzalında bomba həyacanı yaşanıb

Hadisə Materials 3 Aprel 2014 04:11 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Bakı Dəniz Vağzalında partlayıcı qurğu olması barədə məlumat daxil olmuşdur.
Dəniz Vağzalında bomba həyacanı yaşanıb

Azərbaycan, Bakı, 3 aprel / Trend /

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Bakı Dəniz Vağzalında partlayıcı qurğu olması barədə məlumat daxil olmuşdur.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Dərhal FHN-nin müvafiq qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır.

Kinoloqlar və pirotexniki işlər üzrə mütəxəssislər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə Bakı Dəniz Vağzalında və onun ətrafında olan insanların təhlükəsizliyini təmin etmiş, axtarış işləri aparmışlar.

Axtarış nəticəsində heç bir partlayıcı qurğu aşkar edilməmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti