...

Türkiyənin cənub-qərbində zəlzələ əhali arasında təşviş yaradıb

Hadisə Materials 17 Aprel 2014 09:55 (UTC +04:00)
Türkiyənin cənub-qərbində yerləşən Antalya vilayətində Rixter cədvəli üzrə 4 bal gücündə zəlzələ baş verib.
Türkiyənin cənub-qərbində zəlzələ əhali arasında təşviş yaradıb

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin cənub-qərbində yerləşən Antalya vilayətində Rixter cədvəli üzrə 4 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyənin "Milliyyət" qəzeti xəbər yayıb.

Türkiyənin Boğaziçi Univeristetinin Kandilli rəsədxanasının və Seysmik Araşdırmalar İnstitutunun məlumatına görə, zəlzələ aprelin 17-də yerli vaxtla saat 02:49-da baş verib və yerli əhali arasında təşviş doğurub.

Zəlzələ ocağı beş kilometr dərinlikdə yerləşib.

İlkin məlumatlara görə, dağıntı və tələfat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti