...

Novxanı bağlarında avtomat tapılıb, Babək sakini silah-sursatı təhvil verib

Hadisə Materials 26 Aprel 2014 13:10 (UTC +04:00)
Novxanı bağlar sahəsindəki evlərdən birinin həyətində torpağa basdırılmış silah-sursat tapılıb.
Novxanı bağlarında avtomat tapılıb, Babək sakini silah-sursatı təhvil verib

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Novxanı bağlar sahəsindəki evlərdən birinin həyətində torpağa basdırılmış silah-sursat tapılıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Sumqayıt şəhəri, Novxanı bağlar yaşayış sahəsində Bakı şəhər sakini Rəşid Rzayevə məxsus bağ evinin həyətində qazıntı işləri aparılarkən torpağa basdırılmış "AKM" markalı silah, 1 ədəd patron darağı və 15 patron tapılıb.

Bundan başqa, Babək rayon sakini Mətləb Nəcəfov tapdığı 1 ədəd nömrəsi silinmiş ov tüfəngini, 1 ədəd qaz tapançasını, 13 ədəd qaz tapançasının balonunu, 2 "F-1" qumbarasını, 7 patron darağını, 6 ədəd fişəngi, 1 əleyhiqazı və 7981 ədəd müxtəlif çaplı patronu Naxçıvan ŞPİ-yə təhvil verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti