...

Tehranda sərnişin avtobusu aşıb, 7 nəfər ölüb, 22 nəfər yaralanıb

Hadisə Materials 28 Aprel 2014 12:11 (UTC +04:00)
İranın paytaxtı Tehranda sərnişin avtobusu aşıb. Hadisə zamanı 7 nəfər ölüb, 22 nəfər yaralanıb.
Tehranda sərnişin avtobusu aşıb, 7 nəfər ölüb, 22 nəfər yaralanıb

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir T.Cəfərov/

İranın paytaxtı Tehranda sərnişin avtobusu aşıb. Hadisə zamanı 7 nəfər ölüb, 22 nəfər yaralanıb. Bunu Tehran şəhər təcili tibbi yardım xidmətinin sözçüsü Məhəmməd Abbasi deyib.

Trend-in İranın Fars xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər Azadeqan-Həkim xiyabanlarının kəsişməsində baş verib.

Məlumata əsasən, ölənlərdən 6-sı qadın, biri isə kişidir. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti