Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin cənub-qərbində yerləşən İzmir vilayətində Rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Milliyet" qəzeti xəbər yayıb.
Boğaziçi Universitetinin Qəndilli rəsədxanasının və Türkiyənin Seysmik Araşdırmalar İnstitutunun məlumatına görə, zəlzələ aprelin 30-da yerli vaxtla saat 07:00-da baş verib və əhali arasında təşvişə səbəb olub.
Zəlzələnin ocağı yerin 8 km dərinliyində yerləşib.
İlkin məlumatlara görə, dağıntı və tələfat yoxdur.