...

Dənizdə batan 17 yaşlı oğlanın meyiti tapılıb

Hadisə Materials 6 May 2014 19:26 (UTC +04:00)
Liman şəhərində dənizdə (“Lənkəran” sularda xilasetmə məntəqəsindən təxminən 16 km məsafədə, nəzarət olunmayan ərazidə) 1997-ci il təvəllüdlü Nahid Rasim oğlu Ağayev batıb.
Dənizdə batan 17 yaşlı oğlanın meyiti tapılıb

Azərbaycan, Bakı, 6 may /Trend/

Dənizdə batan şəxsin cəsədi taplıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Liman şəhərində dənizdə ("Lənkəran" sularda xilasetmə məntəqəsindən təxminən 16 km məsafədə, nəzarət olunmayan ərazidə) 1997-ci il təvəllüdlü Nahid Rasim oğlu Ağayev batıb.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

N.Ağayevin cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti