...

Türkiyədə terror təhlükəsi ilə əlaqədar Ankara-Ərzurum aviareysinin uçuşu dayandırılıb

Hadisə Materials 8 May 2014 10:43 (UTC +04:00)
Türkiyənin "Anadolu Jet" aviaşirkəti terror aktı təhlükəsi ilə əlaqədar Ankara-Ərzurum aviareysinin həyata keçirən təyyarənin uçuşunu yubadıb.
Türkiyədə terror təhlükəsi ilə əlaqədar Ankara-Ərzurum aviareysinin uçuşu dayandırılıb

Azərbaycan, Bakı, 8 may / Trend, müxbur R.Hafizoğlu /

Türkiyənin "Anadolu Jet" aviaşirkəti terror aktı təhlükəsi ilə əlaqədar Ankara-Ərzurum aviareysinin həyata keçirən təyyarənin uçuşunu yubadıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Haber7" telekanalı xəbər yayıb.

Uçuş Ankara aeroportunun dispetçerinin "Anadolu Jet" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində partlayıcı qurğunu olmasına dair məlumat almasından sonra yubadılıb.

Aeroportun əməkdaşları təyyarədəki sərnişinləri təcili təxliyə ediblər.

Təyyarənin salonuna baxış zamanı orada partlayıcı qurğu aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti