Azərbaycan, Bakı, 13 may /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin cənub-şərqində yerləşən Bingöl vilayətində Rixter cədvəli üzrə 3,9 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Milliyyət" qəzeti xəbər yayıb.
Boğaziçi Universitetinin Qəndilli rəsədxanasının və Türkiyənin Seysmoloji Araşdırmalar İnstitutunun məlumatına görə, zəlzələ mayın 13-də yerli vaxtla saat 05.14-də baş verib.
İlkin məlumata görə, tələfat və dağıntı yoxdur.
Zəlzələ əhali arasında təşvişə səbəb olub.