Azərbaycan, Bakı, 17 may /Trend/
Luqansk vilayətinin "Dovjanski" buraxılış məntəqəsində sərhədçilər bu gün qondarma "Luqansk xalq respublikası"nın "qubernator"u Valeri Bolotovu saxlayıblar. Bu barədə Trend UNN agentliyinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, sərhədçilər buraxılış məntəqəsində müdafiə mövqeyi tutublar, çünki məntəqə naməlum silahlı şəxslərin əhatəsində olub.
Ukraynanın hüquq-mühafizə orqanları V.Bolotovun saxlanması haqqında məlumat yayıblar.
Ukrayna Dövlət Sərhəd Xidmətindən bildirilib ki, 100-ə yaxın silahlı şəxs buraxılış məntəqəsinə hücum edib: "Onlar qumbaratanlar və əl qumbaralarından istifadə edirlər, döyüş gedir".