...

Bakıda quldurluq edən dəstənin 3 üzvü tutulub

Hadisə Materials 22 May 2014 11:03 (UTC +04:00)
Bakıda quldurluq edən dəstənin 3 üzvü tutulub.
Bakıda quldurluq edən dəstənin 3 üzvü tutulub

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İzzət/

Bakıda quldurluq edən dəstənin 3 üzvü tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 21-də M.Həsənov küçəsində üç nəfər naməlum şəxs Bakı şəhər sakini Zahid Pənahova hədə-qorxu gələrək mobil telefonunu və 15 manatını alıb gediblər.

Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Cəlilabad rayon sakini Ruslan Qasımov, Şərur rayon sakini Qasım Seyidov və Göyçay rayon sakini Elmir İsmayılov tutulublar.

Onların üzərinə baxış keçirilərkən R.Qasımovdan 0,217, Q.Seyidovdan 0,371, E.İsmayılovdan isə 0,178 qram heroin götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti