...

Türkiyənin cənub-şərqində zəlzələ əhali arasında təşvişə səbəb olub

Hadisə Materials 27 May 2014 09:27 (UTC +04:00)
Türkiyənin cənub-şərqində zəlzələ əhali arasında təşvişə səbəb olub
Türkiyənin cənub-şərqində zəlzələ əhali arasında təşvişə səbəb olub

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin cənub-şərqində yerləşən Van vilayətində Rixter cədvəli üzrə 4.3 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Anadolu" agentliyi məlumat verib.

Boğaziçi Universitetinin Qəndilli rəsədxanasının və Türkiyənin Seysmoloji Araşdırmalar İnstitutunun məlumatına görə, zəlzələ mayın 27-də yerli vaxtla saat 03.16-də baş verib.

İlkin məlumata görə, tələfat və dağıntı yoxdur.

Zəlzələ əhali arasında təşvişə səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti