Azərbaycan, Bakı, 28 may /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin şinal-qərbində yerləşən Çanaqqala vilayətində 4,1 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Anadolu" agentliyi xəbər yayıb.
Zəlzələ ölkənin digər vilayətlərində də hiss olunub.
Xatırladaq ki, mayın 24-də Egey dənizində 6,5 bal gücündə zəlzələ baş vermişdi.