...

Bakıda Rusiya vətəndaşının avtomobilindən silah-sursat və narkotik tapılıb

Hadisə Materials 17 İyun 2014 13:22 (UTC +04:00)
Rusiya vətəndaşının idarə etiyi avtomobilə baxış zamanı silah-sursat və həşiş götürülüb.
Bakıda Rusiya vətəndaşının avtomobilindən silah-sursat və narkotik tapılıb

Azərbaycan, Bakı, 17 iyun /Trend, İlkin İzzət/

Rusiya vətəndaşının idarə etiyi avtomobilə baxış zamanı silah-sursat və həşiş götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası vətəndaşı, əvvəllər məhkum olunmuş Adnan Kuseyinzadənin idarə etiyi "Lexus" markalı avtomobilə baxış keçirilib.

Baxış zamanı avtomobildən "Makarov MP-371" markalı səs-siqnal tapançası, 17 ədəd "Jelevo" tipli pistonlar, siqnal tapançaları üçün səs-siqnal katricləri və 0,75 qr həşiş götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti