Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin cənub-şərqində yerləşən Mardin vilayətində baş vermiş kütləvi davada dörd nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə cümə günü ölkənin "Milliyyət" qəzeti xəbər yayıb.
Həmçinin 27 nəfərin xəsarət aldığı bildirilir.
Qəzetin yazdığına görə, davaya məişət zəminində yaranmış fikirayrılığı səbəb olub.
Faktla bağlı cinayət işi açılıb.