DİN: Xaçmazlı qadın xəstəxanada vurulmuş iynə nəticəsində ölüb

Hadisə Materials 4 İyul 2014 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul / Trend, müxbir İlkin İzzət /

Xaçmaz rayon sakini xəstəxanada vurulmuş iynə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 3-də Xaçmaz rayonu Yeni Həyat kənd sakini Sevil Mövludova Kəndxudat kəndində özünü pis hiss etdiyindən ona feldşer Ziya Abbasov tərəfindən "Stafaksin" iynəsi vurulub.

Xəstəxanaya yerləşdirilmiş S.Mövludova orada ölüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti