...

Astarada saxta “100”lüklə ərzaq alan Lənkəran sakini saxlanılıb

Hadisə Materials 4 İyul 2014 13:09 (UTC +04:00)
Mağazadan ərzaq məhsulları alıb müqabilində saxta əskinas vermiş Lənkəran şəhər sakini saxlanılıb.
Astarada saxta “100”lüklə ərzaq alan Lənkəran sakini saxlanılıb

Azərbaycan, Bakı, 4 iyul / Trend, müxbir İlkin İzzət /

Mağazadan ərzaq məhsulları alıb müqabilində saxta əskinas vermiş Lənkəran şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 3-də Astara rayonunun Şahağacı kəndinin ərazisində naməlum şəxs kənd sakini Nuriyyə Ağabalayevaya məxsus mağazadan ərzaq məhsulları alıb müqabilində saxta 100 manatlıq əskinas veribr.

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Lənkəran şəhər sakini Fərid Axundov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti