...

FHN: Şəkidə baş vermiş qəzada 4 nəfər ölüb

Hadisə Materials 8 İyul 2014 18:00 (UTC +04:00)
Şəkidə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb.
FHN: Şəkidə baş vermiş qəzada 4 nəfər ölüb

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlkin İzzət/

Şəkidə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəki rayonu, Baş Layısqı kəndində, rayon mərkəzindən 15 km aralıda "VAZ" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, şəxsiyyətləri məlum olmayan 4 nəfər - sürücü və sərnişinlər aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 3 cəsədi deformasiyaya uğramış avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti