...

Moskva metrosunda zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsinə aydınlıq gətiriləcək

Hadisə Materials 15 İyul 2014 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir Səba Ağayeva/

Azərbaycanın Xarici İşlər Nazirliyi ölkənin Rusiyadakı səfirliyinə Moskva Metropolitenində qəza nəticəsində həlak olanlar və zərərçəkənlər arasında respublika vətəndaşlarının olub-olmaması məsələsinə aydınlıq gətirilməsini tapşırıb. Bu barədə çərşənbə axşamı Trend-ə XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

İyulun 15-də Moskva metrosunda "Park Pobedı"- "Slavyanskiy bulvar" stansiyaları arasındakı yolda gərginliyin kəskin azalması səbəbindən metroda siqnal sistemi yanlış olaraq işə düşüb ki, bu da qatarın qəfil dayanmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti