...

Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyliyində yanğın tam söndürülüb

Hadisə Materials 24 İyul 2014 13:08 (UTC +04:00)
İlkin hesablamalara görə 10 hektardan artıq meşə fondu torpağına ziyan dəyib.
Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyliyində yanğın tam söndürülüb

Azərbaycan, Bakı, 24 iyul /Trend/

21 iyul 2014-cü il tarixində Lerik rayonunun yüksək dağlıq ərazisindəki bələdiyyə torpağında başlamış, sonradan Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyliyinin 23A dolayına keçmiş yanğın 24 iyul 2014-cü il tarixində saat 12 radələrində tam söndürülüb. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, yüksək dağlıq ərazini əhatə etdiyindən və küləklə müşayiət olunduğundan yanğının tam olaraq söndürülməsində çətinliklər yaranmışdı. Artıq ETSN-in və FHN-in qüvvələrinin səfərbər olunması nəticəsində yanğının söndürülməsinə nail olunub.

Bununla belə, yenidən alovlanma təhlükəsi olduğundan bütün ərazi ETSN-in hadisə yerinə cəlb olunmuş əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.

İlkin hesablamalara görə 10 hektardan artıq meşə fondu torpağına ziyan dəyib.

Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti