...

Bakıda külli miqdarda saxta 100 manatlıq əskinas satan şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 7 Avqust 2014 13:11 (UTC +04:00)
Ondan əlavə olaraq 56 ədəd 100 manatlıq, 4 ədəd 50 manatlıq saxta əskinaslar da götürülüb.
Bakıda külli miqdarda saxta 100 manatlıq əskinas satan şəxs saxlanılıb (FOTO)

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir İlkin İzzət/

Bakıda külli miqdarda saxta 100 manatlıq əskinas satan şəxs saxlanılıb.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində yerləşən "Ləzzət otağı" kafesində Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Kamil Məmmədov 200 ədəd saxta 100 manatlıq əskinasları satarkən tutulub.

Ondan əlavə olaraq 56 ədəd 100 manatlıq, 4 ədəd 50 manatlıq saxta əskinaslar da götürülüb.

Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti