...

Bakıda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb

Hadisə Materials 11 Avqust 2014 03:04 (UTC +04:00)
Bakıda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Bakıda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb

Azərbaycan, Bakı, 11 avqust /Trend /

Bakıda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə endirib, qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

Xəbər lenti

Xəbər lenti