Azərbaycan, Bakı, 18 avqust /Trend/
Bakıda dənizdə batmış şəxsin cəsədi tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, avqustun 17-də Bakı şəhəri, Sabunçu rayonunda dənizdə ("Fatmayi" sularda xilasetmə məntəqəsindən təxminən 900 m məsafədə, nəzarət olunmayan ərazidə) sərxoş halda batmış 1993-cü il təvəllüdlü Elşən İmamverdi oğlu Əliməmmədovun axtarışları başa çatıb.
E.Əliməmmədovun cəsədi nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.